“Aqrolizinq” ASC-də korrupsiya haqqında iş məhkəməyə göndərilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Aqrolizinq” ASC-nin Ağstafa və Tovuz “Aqroservis” filiallarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı

başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı Musa Muradovun 2007-2014-cü illərdə cəmiyyətin Ağstafa və Tovuz filiallarının müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə etməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə yolu iləcəmiyyətə məxsus 50 min 458 manat dəyərində əmlakı mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın tamməbləğdə ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”