Qarasu” əməliyyat şirkətində korrupsiya ilə bağlı Zakir Qaralova müraciət edildi


 "Qarasu" əməliyyat şirkətinin işçiləri korrupsiya ilə bağlı Zakir Qaralova müraciət etdilər
Korrupsiyadan, rüşvətdən və talandan bezən Şirvan şəhərində yerləşən “Qarasu” əməliyyat şirkətinin münəndisi Fuad Agayev   AR Baş Prokuroru Zakir Qaralova ərizə ilə müraciət ediblər.
Ərizəni sizin nəzərinizə çatdırırıq:
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Sirvan səhəri  Karasu ƏŞ -nin keşmiş mühəndisi Fuad Agayev tərəfinfən
Ə R İ Z Ə
Cənab Baş Prokuror,
Təxminən bir ile yaxındır ki, KİV-lər və sosial şəbəkələr Sirvanda yerləşən 85% Russneft şirkətinə aid olunan 15 % isə ARDNŞ  aid olunan 2 boyük neft şirkəti Qarasu oil ve Sirvan oil da bas veren korrupsiya faktlarından yazırlar. Məhz bunun nəticəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında bəzi məmurlarin ozbaşnaligini və karrupsiya faktlarini xüsusi vurğuladı. Məsələnin aktuallığına əmin olan Prezident İlham Əliyev Mətbuat günü ilə bağlı çıxışında yenidən hamıya müraciət edərək korrupsiya faktlarından yazmağı xahiş etdi. Zənn edirdim ki, 100-200 manat rüşvətə görə müəllimləri, həkimləri, 10-50 min manat mənimsəməyə görə sadə iş adamlarına qarşı cinayət işi açıb onları həbs edən prokurorluq orqanları milyonlar mənimsənilən,1 miliyon dollarik qazma qurgusu olan Aydiko ogurlanaraq gizli yolla Azərbaycandan cixarilib bu gundə Kazaxstanin Aktau şəhərində satisa cixarilir ,dəyəri 10 min azn təxmin edilən buraxiliş ili 1960 olan Traktora 60 min Azn pul silinir.Sənədə baxan zaman adi əyləc qaykasına 2800 azn sadə yanacaq nasosuna isə 3000 azn silindiyi açiq aydin korrupsiyanin izinin olmasına işarədir.
dəyəri 5 min azn təxmin edilən adi su maşınına isə 55 min Azn pul silinirç təzəsinin  qiyməti 8 min azn olan hidrorotor qurgusuna  16000azn vəsait silinir Əsaslıı təmir ücün nəzərdə tutulan AKA qaldırıcı agregatına isə 120 min AZN pul silinib.
Şirvan oil ücün alınması nəzərədə tutlan 6 nəqliyyat vasitəsinə 2 million 400 min ABŞ dolları vəsait xərclənib.Kamaz markali nəqliyyat vasitələrı rusydan deyil hansisa xariıcı ölkədən alınır.
Bu əsas verir ki  bolgə vətəndaşlarına haqsızlıq edən Global Energy Şirkətinin və  Qarasu Şirkətinin rəhbərliyinə qarşı da heç olmasa araşdırma başlayar. Bu gün isə Sizin müavininiz, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, əgər rəsmi müraciət olarsa onlar istəlinən korrupsiya faktlarını araşdıra bilərlər.
Təmir sənədlərinə göz yetirdikdə isə bütün işlərin yalniz eyni şirkətlərdə görüldüyü əksini tapmışdır.
Bu şirkətlər.TEXOİL ,NTS MMC ,GSN MMG-dir.

AR Cinayət-Prosessual Məcəlləsinin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.
Həmin Məcəllənin 207.1-ci maddəsində qeyd olunduğu kimi,
Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq;

207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq;

207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək.
Yuxarıda qeyd olunanlara əsasən sizdən  xahiş edirik ki, bu müraciətu rəsmi müraciət kimi qəbul edib Qarasu ve Sirvan oilda korrupsiya faktlarının araşdırılmasına dair göstəriş verəsiniz.
Korrupsiya faktlarını əks etdirən  karasu və şirvan oila aid sənədlər və Karasu şirkətindən ogurlanan qurgularin fotoları sübut üçün əlavə olunur
Fuad Agayev