Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəndə dəhşətli hadisə baş verib. Bu gün həmin cəzaçəkmə müəssisəsində iki məhkum döyülərək öldürülüb.
Öldürülənlərdən biri Hövsan qəsəbəsində yaşayan 26 yaşlı Nurani İbrahimovdur. Mərhumun qardaşı Ramin İbrahimov Criminal.az-a açıqlamasında bildirdi ki, qardaşını həbsxanananın əməkdaşları döyərək öldürüb.
Onun sözlərinə görə, həmin cəzaçəkmə müəssisəsində cəza çəkən başqa məhbus, Nuraninin dostu Sahil Abbasov da öldürülüb. S.Abbasov ağır vəziyyətdə müalicə müəssisəsinə aparılsa da, orda dünyasını dəyişib.
R.İbrahimov deyir ki, qardaşı döyülərək öldürülsə də, onun mədəsindən dünyasını dəyişdiyi bildirilir:”Qardaşımı döyərək öldürüblər. Bədənində döyülmə işləri var. Biləyində qandalın yeri göyərib, əlləri şişib”.
R.İbrahimov əlavə etdi ki, qardaşı adam bıçaqladığına görə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Artıq 4 il 3 ay idi 2 saylı cəzaçəkmə müəssisəsimdə cəza çəkirdi. Lakin 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov (Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı) dəyişiləndən sonra 3 gün əvvəl qardaşı da daxil olmaqla bir neçə dustaq 6 saylı cəzaçəkmə müəssisəsinə aparılıb və hadisə baş verdi. 
İş vaxtı bitdiyindən məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənə bilmədik.  

 

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”