“Azəri  Türk’lerinin əzəldən öz siyasi quruluşunu və ölkəsini seçmək haqqı var,” deyə Roharabaker bildirib.

Bu məsələ Vaşinqtondakı bürokratların yaxud İrandakı molla diktaturasının öhdəsinə buraxılmamalıdır. Azərbaycandakı Azeri Türk’lerinin  suverenliyi və müstəqilliyi var. İranda yaşayan Azeri Türk əhalisinin eyni seçimi edə bilməməsinə heç bir əsas yoxdur. Bu prinsip İranda yaşayan bütün xalqlara şamil olunmalıdır.”

Konqresmen Rohrabaker dövlət katibi Hillari Klintona əvvəl yazdığı məktubda Azərbaycan yurdunun 1828-ci ildə Oğuz Türk’lerinin  razılığı olmadan Rusiya və İran imperiyaları arasında bölüşdürülüdüyünü bildirmişdi.

Azərbaycan parlamentində cərəyan edən müzakirələrdən ilham alan konqresmen Rohrabaker deyib ki, onun təqdim etdiyi qətnamə Birləşmiş Ştatları Azeri Türklerı  və İranda yaşayan başqa xaqlarla çiyin-çiyinə qoyur.

“Əgər camaat İrandakı molla diktaturası tərəfindən idarə olunmaq istəmirsə, biz onların öz gələcəklərini referendum yolu ilə həll etməsini dəstəkləməliyik. Mən narazıyam ki, Dövlət Departamenti və Tehran Türk  çoxluğun iradəsinə zidd çıxaraq İrandakı insanların eyni sərhədlər daxilində və vahid yurisdiksiya altında yaşamasına razılaşırlar. Mən İran hökumətini azəri əhalisinin öz gələcək dövlətini müəyyən etməsinə imkan vermək üçün referendum keçirməyə çağırıram.

  

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”