Rusiya-OPEC görüşü başlayıb

Qətər, OPEK və Rusiya arasındakı görüşündən sonra mətbuat konfransı keçirəcək.

Qətərin enerji naziri bildirib ki, hazırda OPEC-Rusiya görüşü davam edir.

Qeyd edək ki, artıq bu gün Brent nefti 6%-ə yaxın bahalaşaraq barreli 35,32 dollara çıxıb.

Səudiyyə Ərəbistanının neft naziri, neft bazarını müzakirə etmək üçüm Rus həmkarı ilə bu gün Dohada görüşüəcək.

Dünyanın ən böyük neft ixrac edən ölkəsi olan Səudiyyə Ərəbistanının ən qocaman neft rəsmisi Əli Əl-Nəimi, Rusiyanın enerji naziri Aleksandr Novak ilə Qətərin paytaxtı Dohada görüşəcək. “Marja” xəbər verir ki, məlumatı Bloomberg agentliyi adını verməyən mənbəyə istinadən yayıb.

Mənbə, görüşün gündəliyinin nə olacağı haqqında məlumat verməyib və toplantıya digər bir OPEC üzvü olan Venesuelanın da qatılacağını qeyd edib. Səudiyyə Ərəbistanı və Rusiyanın müvafiq nazirlikləri məsələ haqqında şərh verməkdən yayınıblar.

Səudiyyə Ərəbistanı, Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) daxil olmayan böyük istehsalçılar ilə əməkdaşlıq olmadan, qlobal hasilat artığını azaltmaq üçün istehsalı azaltmağa getməyəcəyini açıqlayıb. Novak, digər istehsalçıların iştirak etməsi vəziyyətində istehsalın azaldılmasını düşünəcəklərini qeyd etmişdi. Rusiyanın ən böyük neft istehsalçısı Rosneftin İcraçı Direktoru İqor Seçin isə, ötən həftə verdiyi açıqlamada, ənənəvi bazarları qoruyacaqlarını söyləmiş və koordinasiyalı hərəkət məsələsinə isə şübhələrini dilə gətirmişdi.

Neftin 30 dollar səviyyəsinə düşməsi neftə asılı ölkələrin iqtisadiyyatlarında ciddi problemlərə yol açır. Bu şəraitdə, dünyanın iki ən böyük neft istehsalçısı arasında razılaşmanın olacağı ilə bağlı spekulyasiya böyüyür.

Danışıqlara Qətər vasitəçilik edir.