Gədəbəylilər etiraz edir – “bəlkə bizi Bakıda eşitdilər” – FOTOLAR
Fevralın 15-də Gədəbəy rayonun sakinləri Prezident Administrasiyasının qarşısında rayondakı özbaşınalıqlara etiraz ediblər. Korrespondent.Az xəbər verir ki, vətəndaşların şikayətləri fərqlidir. Sahibkar Oqtay Әliyev deyir ki, onun ticarət obyektini söküblər, ancaq qarşılığında nə kompensasiya alıb, nə də ona yeni mağaza verilib. Fəaliyyətini daha da genişləndirmək üçün bankdan kredit götürən sahibkar indi ödəniş edə bilmir:”Aylardı mağazamı söküblər. Faktiki işsizəm. Rayon rəhbərliyi şikayətimə baxmır. Bankın kredini necə ödəyim? Bakıya gəldik ki, bəlkə bizi
Gədəbəydə qızıl yataqlarında işləyən Güloğlan İbrahimov isə işdən çıxarılmasından şikayət edir. Onun sözlərinə görə beş il işlədiyi yerdən onu 2013-cü ildə qanunsuz çıxarıblar. O vaxtdan işsiz qalan G.İbrahimov deyir ki, heç bir qurum onun problemini həll etmir. II qrup Qarabağ əlili olan Güloğlan İbrahimov mənzili olmadığı üçün o, həyat yoldaşıyla küçələrdə gecələyir. Yada salaq ki, o, bir müddət öncə ABŞ səfirliyindən sığınacaq istəmişdi.

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”