Biləsuvarda narazı sakinlər İcra Hakimiyyətinin önünə toplaşdı


bil'suvar

Martın 1-də saat 12 radələrində 60 nəfərə yaxın Biləsuvar sakini sosial yardımla bağlı şikayət etmək üçün rayon İcra Hakimiyyətinin binası qarşısına yığışıblar. “Basta”ya daxil olan məlumata görə, şikayət edən vətəndaşları rayon rəhbərliyi deyil, polislər qarşılayıblar. Etirazçıların tələblərinə məhəl qoyulmayıb. Polis əməkdaşları narazı sakinlərə hədə-qorxu gələrək, onları dağılışmağa məcbur ediblər.

Qeyd edək ki, son bir ayda digər rayonlarda da sosial yardım ala bilməyən vətəndaşların etiraz aksiyaları keçirilib.