Macarıstanın HAKİM PARTİYASINDAN: Azərbaycan Xalqıyla birgəyik və daim bir olacağıq!


  
 Macarıstanın HAKİM PARTİYASINDAN: Azərbaycanla birgəyik və daim bir olacağıq!

Macarıstanın hakimiyyətdə olan sağçı partiyası JOBBİK, rəsmi olaraq XOCALI soyqırımı ilə bağlı bəyanat yayıb.
 “Biz Azərbaycan xalqı ilə birgəyik və hər zamanda bir olacağıq! Erməni silahlı qüvvələrinin 26 fevral 1992-ci il tarixində Xocalı şəhərinə hücum etdiyi və 83 uşaq və 106 qadın olmaqla 613 dinc sakini öldürdüyü faciəvi gününün ildönümünü hüznlə anırıq.

Dağlıq Qarabağ münaqişəsi kimi tanınan və 1988-ci ildən davam edən elan olnmamış müharibə bu günə qədər 20 mindən çox Azərbaycanlının həyatına son qoymuşdur.
Hərbi təcavüz nəticəsində erməni silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından 660 mindən çox Azərbaycan vətəndaşını bölgədə qəddar etnik təmizləmə həyata keçirməklə qovub çıxartmışdır. Ermənistan bu günə qədər Azərbaycan ərazisinin beşdə birinə yaxınını işğal altında saxlamaqdadır.
Azərbaycan hazırda bir sıra beynəlxalq təşkilatların (BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Parlamenti) qərar və qətnamələrinə uyğun olaraq məsələnin siyasi həllinə can atır. Məqsəd erməni işğalçı qüvvələrinin geri çəkilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaq, məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan yaradılması və həmçinin ölkənin sərhədləri daxilində Dağlıq Qarabağa muxtariyyət verilməsini təmin etməkdən ibarətdir.

Yobbik Xocalı soyqırımını və Azərbaycana qarşı erməni təcavüzünü qınayır, həmçinin Azərbaycanın ədaləti bərpa etmək, münaqişənin həlli və uzun-müddətli sülh quruculuğu cəhdlərini dəstəkləyir. Biz Azərbaycanla həmrəyliyimizi bildirir və Azərbaycan xalqına bu faciəvi ildönümlə bağlı başsağlığı veririk.”