Hava limanı yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində azı 16 nəfər xəsarət alıb.
Hadisə yerinə 5 həkim briqadası gedib: “16 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan üçünün vəziyyəti orta-ağırdır. Ağır xəstələrdən biri əməliyyata götürülüb, iki nəfərin isə vəziyyəti ağırdır”.
Hadisə zamanı ölən olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qəza zamanı 9 avtomobilin iştirakı ilə zəncirvari qəzanın baş verdiyi də bildirilir.