Agxeber.com-un əməkdaşı Cavid Hacıbəylinin hadisə yerindən verdiyi məlumata görə martın 11-də Sənan Bağırov, Üzeryir Hacıbəyli prospektində yerləşən 5 mərtəbəli binanın damına çıxaraq intihara cəhd edib. 

Uzun sürən cəhdlərdən sonra öz qohumlarının, FHN-nin yerli idarəsinin əməkdaşlarının, polis əməkdaşlarının və rayon icra hakimiyyəti rəhbərliyindən olan nümayəndələrin Sənan Bağırovla danışıqları nəticəsində o, intihar etmək fikrindən daşınıb.

Sənan Bağırovun özünün bildirdiyinə görə “banka xeyli kredit borcu var, ailəsini dolandırmaqda çətinlik çəkir, həyat yoldaşının tibb bacısı ixtisası olsa da ondan 5 min manat rüşvət istəyirlər ki, işə götürsünlər, pul da yoxdur verməyə. 

Özü də kirayədə zülmlə yaşayır.” Ona görə də canından bezərək bu addıma əl atıb.

  

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”