Türkyədə PKK ilə əlaqədə günahlandırılan və içərisində HDP-li həmsədrlərin də olduğu 10 nəfər həbs olundu.
Manisada anti-terror əməliyyatları çərçivəsində 12 nəfər şübhəli şəxs saxlanıldı. Bu 12 nəfərdən 1 biri sərbəst buraxılmaqla digər 11 nəfərin işi məhkəməyə göndərildi.
Məhkəmənin qərarı ilə daha bir nəfər sərbəst buraxıldı. Digər 10 nəfər barəsində terror təşkilatına üzv olmaq, icazəsiz aksiyalar təşkil etmək maddələri ilə həbs-qəti imkan tədbiri müəyyən olundu.
Qeyd edək ki, bu 10 nəfər içərisində HDP-nin Manisa təşkilatınan həmsədri Xədicə Aslan, Şehzadeler və Yunusəmrə bölgə təşkilatlarının rəhbərləri də var

EAN