Sumqayıt şəhərində dəhşətli hadisə baş verib. Bayram günlərində (22-23 mart) Sumqayıtdakı məhəllələrdən birində iki nəfər arasında bıçaqlanma hadisəsi olub. Bununla bağlı əməliyyat keçirən polislər isə hadisəyə aidiyyatı olmayan başqa bir nəfəri saxlayaraq, zorla boynuna qoymaq istəyib ki, cinayəti o törədib. Sumqayıt Polis İdarəsinin 1-ci polis bölməsində həmin adama saatlarla ağır işğəncələr verilib. Polis rəisi bildirib ki, əgər cinayyəti boynuna almasa, onu idarədə döyərək öldürəcəklər.

Günahsız yerə saxlanaraq işgəncələrə məruz qaldığını hazırda xəstəxanada yatan həmin vətəndaş məşhur bloqçu və sosial şəbəkə fəalı Mehman Hüseynova danışıb. M.Hüseynov videoreportajı “Sancaq” feysbuk səhifəsində yayıb

Rəşad Abbasov bildirib ki, ona amansız işgəncələri əsasən 1-ci bölmənin Azər adlı rəisi və bölmənin cinayət axtarış şöbəsinin Mirnemət adlı rəisi verib: “Qayışımı çıxarıb ayaqlarımı bağladılar. Əllərimi isə qandalladılar. Yerə yıxdılar. 4-5 nəfər oturdu üstümə. Kimi başıma, kimi qarnıma zərbələr endirdilər. Rəis Azər başıma zərbələr endirirdi. Vədeyirdi ki, ”cinayəti boynuna al, sənin də işin yüngülləşsin, bizə də əziyyət vermə“. Bədənimin müxtəlif yerlərinə elektroşok verdilər. Dabanlarıma o qədər vurdular ki, hissiyyatım itdi.

Bundan sonra sümüklərimə vurdular. Indi sidiyə gedə bilmirəm. Həkim deyir ki, 4-5 ay müalicə olunmalısan. Heç əsirlikdə adama belə işgəncə vermirlər. Təsəvvür edin, Mirmemətə dedim ki, “opendisit”im var, fikirləşdim, bəlkə vurmazlar. Amma düz elə ordan vururdular”Yayılan görüntülərdə Rəşad Abbasova verilən işgəncənin izləri görənləri dəətə gətirir. Rəşad Abbasovun ayaqları zərbələrdən qapqaradır.

 

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”