Azərbaycanlılar Sarkisyanı Berlində aksiya ilə qarşıladı (VİDEO)


Aprelin 6-da  Ermənistan prezidenti Serj Sarkisyanın Almaniyaya səfəri başlayıb. Bu münasibətlə  azərbaycanlılar Berlində aksiya keçiriblər. Onlar  əllərində Azərbaycan, Türkiyə və Almaniya bayraqlarını tutaraq,   “Azərbaycan”, “Qarabağ bizimdir, bizm olacaq”, “şəhidlər ölməz, Vətən bölünməz”  kimi  şüarlar  səsləndiriblər. Sonra işğal olunmuş rayonların adları çəkilib və aksiyaçılar “Qarabağ” deyə qışqırıblar.

Aksiyada Almaniyada, habelə Avropanın digər ölkələrində yaşayan azərbaycanlılar iştirak ediblər.