
Gündəmə bomba kimi düşən Panamaqeyt cinayətləri skandalının təsirləri getdikcə davam edir. 214 min şirkətin gizli hesabla əlaqəsi ortaya çıxdı. Avropa Birliyi üçün milyardlarla avro vergi qaçaqçılığı mənasını verir. Avropa Komissiyası vergi cənnəti siyahısı yaratmaq istəyir.
AB İqtisadiyyatdan Komissiyasının rəhbəri Pierre Moscovici bildirdiki tarixin ən böyük jurnalistl araşdırması olan Panamaqeyt cinayətləri qalmaqalı onun özünü belə şok etdiyini söylədi:
“Söz mövzusu media, qanunlar və skandala qarışan tanınmış insanlar məni olduqca çaşdırdı. Ancaq bu bizim üçün çox əhəmiyyətli bir hadisə oldu. “
Avropa Komissiyası ötən iyun ayında söz mövzusu Panamaqeyt cinayətlərinin siyahısı haqqında məlumat vermişdi. AB İqtisadiyyat Komissiyasınınrəhbəri Pierre Moscovici önümüzdəki aylarda Panamaqeyt subyektlərinə sanksiya tətbiq olunması haqqında açıqlıq gətiriləcəyini söylədi:
“Bir ölkə buna bənzər bir siyahıda tapıldığında, gözlərin özünə çevrildiyini bilir. Mətbuatın hadisəni təqib etdiyini, araşdırma edildiyini bilir. Bu ölkənin prioriteti siyahıdan çıxmaq olur. “
IMF və G20 ölkələri liderləri Panama Sənədlərini önümüzdəki həftə müzakirə cıxaracaqdı.
11.5 milyon Panamqeyt sənədləri 1977-dən başlayaraq təxminən 40 illik bir dövrü əhatə edir…
EAN


