Bu barədə REAL Hərəkatının katibi Azər Qasımlı Cebhe.info-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, İ.Məmmədovun bu gün Şəki Apellyasiya Məhkəməsi tərəfindən azadlığa buraxılacağına ümidlər böyük olsa da, bu baş verməyib. Əvəzində məhkəmə salonunda hüquqi normalara sığmayan dram yaşanıb:

“Məhkəmə prosesinin sonuna yaxın hakimlər fasiləyə getdilər. Fasilədən qayıtdıqdan sonra qərar elan edilməli idi. Lakin hakim bəyan etdi ki, qərarla iki gündən sonra tanış ola bilərsiniz. Bundan sonra məhkəmə zalındakı insanları, o cümlədən İlqar bəyin vəkilini zorla zaldan çıxartdılar. Hətta məhkəmənin qarşısına xeyli insan toplaşmışdı. Onları da zor tətbiq etməklə oradan dağıtdılar. İlqar Məmmədov isə məhkəmə zalında qaldı. Onun barəsində heç bir məlumat ala bilmədik. Böyük ehtimalla onu Şəki həbsxanasına aparıblar”.

Azər Qasımlı iki gündən sonra elan ediləcək qərarı gözləmək məcburiyyətində qaldıqlarını deyib

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”