Ölkə idarəçiliyində mərkəzə tabesizlik hökm sürür. Prezidentin göstərişlərinə adicə icra başçıları belə əməl etmir. Bunun adı xaosdur. Bu xaosa da səbəb hakimiyyətin qətiyyətsizliyidir. Qətiyyətsizliyə səbəb isə qorxudur. Qorxuya səbəb isə sistemin rüşvət üzərində qurulmasıdır. Hərkəs tutduğu vəzifəyə rüşvətlə gəlib və hər vəzifəlinin də bir adamı var. Buna görə də hər vəzifəli öz adamına tabedir. Bəli, bu xaosdur. 

Adicə bir misal, səmimi, ya qeyri-səmimi, prezident deyir, gömrükdə rüşvət almayın, xalqı incitməyin, amma köhnə hamadır, köhnə tas, gömrük sistemi xirttəyə kimi rüşvət içərsindədir, xalqa zülm edirlər. Deyir vəzifəli şəxslərin, məmurların övladları qudurğanlıq etməsin, burda da vəziyyət hər gün daha da pisə gedir. Ölkədə qanunun aliliyi yox, “ali”lərin öz qanunları var. Bu isə o deməkdir ki, Azərbaycanda hüquqi dövlətdən söhbət belə gedə bilməz… Nə dövlətdir, adını siz qoyun…

Vusal Qarayev 

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”