EURO ASIA NEWS INTERNET NEWSPAPER

Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov və mühasib Araz Xasıyev barədə araşdırmalar davam edir.Artıq bir ildir ki, uzaq qitədə ölkəmizi təmsil etməyə göndərilmiş bu şəxslər barədə həm Azərbaycan, həm də Avstraliya mediasında çoxsaylı yazılar dərc edilib. Meydan TV apardığı araşdırma nəticəsində bir neçə sənəd əldə edib.Həmin sənədlərdən belə görünür ki, səfirliyin inzibati binası üçün dövlət büdcəsindən ayrılan pulların 80 min ABŞ dolları civarında məbləği “yoxa çıxıb”.2013-cü ilin avqustunda Avstraliyanın paytaxtı Kanberra şəhərində 5 Mialli Place, O`Malley ünvanında yerləşən bina “Manuka Prestige Property Group” əmlak şirkəti vasitəsilə səfirliyin inzibati binası kimi 3 illik müqavilə ilə kirayəyə götürülüb. Müqaviləni R.Cəmşidov və A.Xasıyev imzalayıblar.
Ancaq real icarə haqqı müqavilədə göstəriləndən daha çox qeyd edilib. Belə ki, Avstraliya aparıcı əmlak alqı-satqısı və kirayəsi üzrə fəaliyyət göstərən internet səhifəsində (realestate.com.au) həmin binanın 2013-cü ilin avqust ayında həftəsi 1800 Avstraliya dollarına təklif olunduğuna və icarəyə götürüldüyünə dair məlumat verilib. Səfirliyin rəsmi hesabatında isə bu rəqəm…
View original post 355 more words

