,


Fransa növbəti terrorla yenidən çalxalanıb. EAN-nin məlumatına görə, terror aktı bu dəfə Nitsa şəhərində qeydə alınıb. Belə ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. 

Bundan sonra naməlum şəxslər insanlara atəş açıb. Hadisə nəticəsində 73 nəfər ölüb, xeyli sayda insan yaralanıb. Olay yerinə polis və təcili yardım briqadaları gəliblər. Yaralılar xəstəxanalara çatdırılıb. 

Polis ərazidə əməliyyat keçirib. İnsanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Qaçan silahlı şəxslərin axtarışlarına başlayan polis şəhərin giriş və çıxışına postlar qurub


Olayla bağlı Fransa telekanallarına açıqlama verən Nitsa şəhərinin meri Adolfe Kolrat hadisənin terror aktı olduğunu, 73 nəfərin öldüyünü 100-dən çox insanın yaralandığını bildirib. O, ölü sayının artacağını istisna etmədiyini vurğulayıb. 

 

Hadisədən sonra tətilini yarımçıq qoyan Fransa prezidenti Fransua Olland Nitsa şəhərinə gəlib. O ölkənin daxili işlər naziri ilə hadisə yerinə yollanıb.

 

Terror hadisəsindən sonra ilk açıqlama Ağ Evdən gəlib. Verilən ilk açıqlamada ABŞ prezidenti Barak Obamanın Fransanın Nitsa şəhərində baş vermiş hadisə ilə bağlı məlumatlandırıldığı bildirilib. Xəbər verilir ki, Obama baş verən terror hadisəsi ilə bağlı yenilikləri izləyir.