1449040964_0001

İlham Əliyev  hökumətdən növbəti talançı qərar

Tarif Şurasının eklektrik enerjisinin qiymətini qaldırıb. Qərar qurumun dünən keçirilən iclasında qəbul edilib. Tarif Şurasının məlumatına görə, elektrik enerjisi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləriəsasında qaldırılıb.

Qərara əsasən bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilmişdir.

Bahalaşma istehsal güclərinin artırılması, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması, enerji təchizatının davamlılığının təmin edilməsi üçün böyük həcmdə investisiya qoyuluşu, istehsalçının və paylayıcı şəbəkənin balansına xeyli tikili, qurğu, ötürücü qurğu, maşın və avadanlıqların qəbul edilməsi və nəticədəsaxlanma və təmir xərclərinin artması ilə əsaslandırılıb.

Ikinci devalvasiyadan sonra inflyasiya prosesləri sürətlənib. Qiymətlərin artmasıəhalinin sosial vəziyyətini daha da ağırlaşdırıb. Qiymətlərin onsuz da artdığı bir dövrdəişıqpulunun qaldırılması inflyasiya proseslərini daha da sürətləndirəcək və əhalinin maddi həyat şəraitinin daha da pisləşməsilə nəticələnəcəyi şübhə doğurmur.

EAN

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”