DYP-nın tanımadığım maşına yazılan protokolu mənim adıma yazmağına etirazımı davam etdirirəm.
DYP bu protokolun saxta olmasını araşdırmayınca, ötür-ötür etməsinə müsadə etməyəcəm.
Təbii ki, bu halda məhkəməyə müraciət edə bilərəm və öz haqqımı savuna bilərəm amma ki, mən Qazaxstanda olmağımdan istifadə etdikləri üçün bilirəm ki, onlar düşünürlər mən Qazaxstandan gəlib Azərbaycanda bu işin dalına düşən deyiləm.
Demişəm və deyəcəyəm də, Mənim bu maşın ilə heç bir əlaqəm yoxdur və o protokolun mənim adıma yazılmasına səbəb mənim Azərbaycanda olmamağımdan istifadə edərək kiminsə xahişini yerinə yetirirlər.
Mən tələb edirəm bu məsələni layiqincə araşdırsınlar və sonda rəsmi qaydada bu məsələyə aydınlıq gətirsinlər.
Mənim adımdan bu protokolu götürmələri üçün heç kimə xahiş-minnət etmirəm.
Mən tələb edirəm bu biyabırçılığa son qoysunlar. Son qoysunlar ki, Azərbaycanın adına daha da pis söz yazmasınlar.
Ən əsası odur ki, mənim davam 54 manat davası deyil cənablar.

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”