Müsavat Partiyası sentyabr ayında mitinq keçirməyi planlaşdırır.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Report”a açıqlamasında deyib ki, mitinqin keçirilməsi ilə bağlı qərar qəbul olunub və Mitinq Komitəsi yaradılıb.
G.Aslanlı mitinqin keçirilməsi ilə əlaqədar ölkədə fəaliyyət göstərən siyasi təşkilatlarla müzakirələr aparılacaq: “Müzakirələr mitinqin birgə təşkili üçün keçiriləcək. Aksiyaların referendumdan öncə və sonra keçirilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, Azərbaycanda ümumxalq səsverməsi (referendum) sentyabrın 26-da keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat Partiyasının yaratdığı “Respublika” referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edib 

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”