
Bü gün qara bazarda 1 ABŞ dolları 2 Azərbaycan manatına satılır.
Azərbaycan iqtisadi fəlakətlə üz üzə dayanıb.Ölkədə iqtisadi böhran dərinləşməkdə davam edir.Sosial Partlayış hər an baş verə bilər
Mərkəzi Bankın müdaxiləsi olmasa və Dolların bahalaşması son 25 gündəki sürətlə davam edərsə, ilin sonunda 1 dollar 2 manatı keçə bilər . Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,8 manat səviyyəsinin üzərinə qala bilər. Bu senarilər reallaşarsa banklar 1 dolları 1 manat 90 qəpikdən baha satacaqlar.
Əgər Mərkəzi Bank və Neft Fondu birlikdə valyuta hərracında böyük məbləğdə valyuta satarlarsa Dolların bahalaşması səngiyə və ya düşə bilər.
Məsələ burasındadır ki, Mərkəzi Bank ehtiyatlarını maksimum qoruyub saxlamaq istəyir. 31.10.2016-cı il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 5,5 milyon dollar təşkil edib.
Dövlət Neft Fondu isə bildirib ki, Fond manata ehtiyacı olduqca dollar sata bilər.
Dolların məzənnəsinin qalxması Mərkəzi Banka və Neft Fonduna ehtiyatlarını az da olsa qorumağa kömək edir. Məzənnə yüksəldikcə, tələb olunan manat vəsaiti üçün Daha az dollar satılır.
Dollar satışı dayandırıldı
Bu gün dollar satmayan bankların sırasına daha 2-si əlavə olunub.
“Bank of Baku” və “Bank Respublika” ABŞ valyutasının satışını dayandırıb.
Qeyd edək ki, bu günədək “Bank Respublika” dolları müəyyən limitlə satırdı. Dünən isə limiti tamamilə azaldaraq 100 dollar məbləğimdə müəyyən etmişdi. “Bank of Baku” isə son günlər valyuta satışını limitsiz həyata keçirirdi.
Lakin bu gündən satışı dayandırıb. Bankdan bildiriblər ki, əgər kassada dollar alınsa həmin həcmdə də satış olacaq. Xatırladaq ki, dünən Pakistan Milli Bankının Bakı filialı və Azərbaycan Sənaye Bankı valyuta satışını dayandırıb. Bundan öncə isə “Kapital Bank”, “VTB Bank” və “Paşabank” dollar satmaqdan imtina edib. Beləliklə, bu gün ABŞ valyutasını satmayan bankların sayı 10-a çatıb.
Dollar satmayan banklar bunlardır “Bank of Baku”, “Bank Respublika”, Pakistan Milli Bankının Bakı filialı, Azərbaycan Sənaye Bankı, Azər-Türk Bank, Ziraat Bank, “Naxçıvanbank”, “Kapital Bank”, “VTB Bank”, “Paşabank”.
Əldə etdiyimiz məlumatda bildirilir ki dolların süni sürətdə qaldırımasından ən cox yararlanan fondlardan biridə Heydər Əliyev fondudur.
Ölkədəki iqtisadi böhrandan Əliyevlər ailəsi milyonlar əldə edirlər



You must be logged in to post a comment.