Dəyərli dostlar, bildiyiniz kimi Yanvar ayının 18-də, saat 14:00-da Berlindəki Azərbaycan səfirliyinin qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyasının qarşisini almaq məqsədilə Azərbaycan hakimiyyəti “ciddi” tədbir görmək üçün ciddi-ciddi “səfərbərlik” elan edib.
Tədbirin keçirilməyində əsas məqsəd Azərbaycandakı siyasi məhbuslara tələb olunan ömürlük azadlıqdan məhrumetmə cəzasına etiraz etmək, dünya ictimaiyyətinin diqqətini Azərbaycandakı mövcud siyasi rejim, məhbuslarla bağlı problemə çəkməkdir.
Biz Azərbaycan hakimiyyətinə “bu cəza siyasətinı dayandır, insanların oğurlanması və qanunsuz həbs olunması kimi qanunsuzluqlara, ailə idarəçiliyinə son qoy” tələbi ilə orda olacagiq.
Biz həbsdə olan günahsiz insanlarımizin, siyasi məhbuslarin səsini beynəlxalq təşkilatlara, Almaniya hökumətinə və digər beynəlxalq qurumlara çatdirmaq üçün orda olacagiq.
Nəhayət biz, hər cür məşəqqətlərə rəgmən Vətəndə millətin anasını agladan hakimiyyətlə ölüm-dirim mübarizəsi aparan mərd, mübariz, vicdanli insanlarimizla həmrəyliyimizi nümayiş etdirmək üçün orda olacagiq.
Azərbaycandaki sülalə hakimiyyətinin millətimizin başina gətirdiyi müsibətlərə Avropanin göbəyində susqunluq göstərən kəsin milli kimliyinə şübhə edilməlidir.
Vətənimizdəki siyasi repressiyalara etiraz etmək üçün 18 yanvar 2017-ci ildə saat 14.00-dan 15-00 dək Berlindəki Azərbaycan səfirliyinin qarşısında keçiriləcək etiraz aksiyasında həmrəylik göstərək.
P.S. Bu aksiya təkcə özünü siyasi mühacir hesab edən soydaşlarimizin deyil, Avropaya pənah gətirən hər bir insanimizin Vətənimiz, millətimiz qarşisinda vicdan borcudur…
Şəhidlərimizin, sularda qərq olan biçarə Vətən övladlarimizin ruhlarinin iniltisi ərşə çixib…
Biz bu qədərmi kar və kor olduq???
Yeganə Əmiraslanova
You must be logged in to post a comment.