Hökumət məcburi köçkünlərin bəzi güzəştlərini ləğv etməyə hazırlaşır. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi kommunal xidmət haqları ilə bağlı məsələdə susqunluğunu davam etdirsə də, bəzi məqamlar aydın olub
Hökumətin bu qərarından narazı olan Qazax rayonunun Asagi Əskipara kəndinin sakinləri Qərbi Azərbaycandan qovulan məcburi köçkünlər və şəhid ailələrindən ibarət qrup dünən , günorta saatlarında QAZAX RİH binası qarşısında etiraz aksiyası keçiriblər.
QAZAX RİH binası önünə toplaşan şəxslər rayonda məcburi köçkünlər üçün inşa olunan mənzillərin verilməsində neqativ halların olmasına etiraz ediblər.O cümlədən hökumətin məcburi köçkünlərin bəzi güzəştlərini ləğv etməysinə etiraz ediblər.
Əməkdaşımızın verdiyi xəbərə görə, etirazçılar Qazax RİH başçısı Rəcəb Babaşovdan onlara açıqlama verməsini tələb etsələr də IB Rəcəb Babaşov kabinetindən çıxmayıb.
Bundan qəzəblənən aksiya iştirakçıları isə icra başçısının istefasın tələb ediblər.
Amma bilinən odur ki, həm icra başçısı Rəcəb Babaşov həmdə ki,”Qaçqınkom”un Qazaxda olan nümayəndəsi etirazçılarla görüşməkdən imtina edib
Bu dəfə etirazcilar hökumət istefa deyə slogan atıblar.Bundan qorxuya düşən Qazax RİH başcisi Rəcəb Babaşov etirazçıları dərhal qəbul edib.
Rəcəb Babaşov etiraz edən köçkünlərə bildirib ki hökumətin güzəştlərin ləgv edilmə qərarında onlara hec cur kömək edə bilməyəcək.Bu qərarlar Bakıdan verilir biz isə icra edirik deyə icra başcısı bildirib
Qazax şəhərində məçburi köçkünlər üçün inşa edilən 304 mənzillərin məcburi köçkünlərə nə üçün düzgün bölünməməsi və əksəriyyət mənzillərin Baki sakinlərinə o cümlədən mənzil programına aid olmayan hərbicilərə satılması ilə baglı suallara gəlincə isə İcra Başcisi suallara cavab verə bilməyib.
Bu məsələ mənlik deyil gedin komisya sədri ilə işinizi həll edin deyə Qazax RİH başçısı bildirib.
Məlum olur ki Qazax şəhərində Prezident İlham Əliyevin fərmanı ilə inşa olunan 304 mənzilin siyahısı dəfələrlə köçkünlər tərəfindən tələb olunsada bu RİH tərəfindən onlara verilməyib.
Olunan cox saylı şikayətlərdən sonra baş verən nöqsanları aradan qaldırmaq üçün guya RİH xüsusi komisiya yaratmaga məcbur olub .Komisyanin sədri isə RİH 1 müavini Fərman Nagbəliyev təyin olunub.
Şikayətcilər müxbirimizə bildiriblər ki məlum təyinatdan dərhal sonra Fərman Nagbəliyev Aşagı Əskipara kənd üzrə icra hakimiyyətinin nümayəndəsi İlqar İsayevlə əlbir olub köçkünlərin adına inşa edilən əksəriyyət mənzilləri aidyatı olmayan şəxslərə satdılar.
Bütün bəlalar Fərman Nagbəliyev komisya sədri təyin edildikdən sonra başladı deyə müxbirimizə köçkünlər bildiriblər.
Preziden İlham Əliyev köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutdugu fərman və köçkünlər üçün inşa olunan mənzillər Rusyada yaşayan yerli Qazax sakinlərinə Hərbçilərə və Bakıda yaşayan imkanlı şəxslərə rüşvət qarşılıgında satılıb
Məcburi Köçkünlər Qazax RİH başçısının şikayətçilərin heç bir sualına cavab vermədiyini bildiriblər
Aksiyaya qoşularaq dəstək verən Qazax sakinləri bu məsələ həllini tapmadıgı halda Qazax şəhərində fasiləsiz mitinqlər keçirəcəklərini və Azərbaycan hökumətinin istefasını tələb edəcəklərini bildiriblər.
EAN
You must be logged in to post a comment.