İran dünyada bir nömrəli terrorçu dövlətdir.

tramp-300x189

Bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

“İran dünyada bir nömrəli terrorçu dövlətdir. Bu ölkə ABŞ-a qətiyyən hörmət etmir. Eyni zamanda, İran silahlanmaya külli miqdarda pul xərcləyir”, deyə D.Tramp bildirib. O, həmçinin İrana qarşı tətbiq edilən sanksiyların bundan sonra gücləndiriləcəyinə söz verib.

Bundan əvvəl D.Tramp özünün “Tvitter” hesabında İranın ünvanına sərt ifadələr işlədib. “İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə “xeyirxah” olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!”, Tramp yazıb.

Fevralın 3-də ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Rəsmi Vaşinqton sanksiyaların tətbiqini İranın ballistik raket proqramı və “Hizbullah” qruplaşmasının dəstəkləməsi ilə bağlayır.

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”