Strasburqda davam edən Avropa Parlamentinin Baş assambleyasında rumıniyalı üzv Monika Makoveinin hazırladığı hesabat müzakirə edilərək qiymətləndirilib. Yığıncaqda artan terror təhlükəsi ilə əlaqədar “Terrorla Mübarizə Direktivi” üzərində dəyişikliklər qəbul edilib.

bulgaristan-vize

Bununla, 2015-ci il dekabr ayında Avropa Komissiyası tərəfindən hazırlanan Şengen sərhəd qaydalarında da dəyişiklik edilib. Üzv ölkələrdən Şengen bölgəsinə quru, hava və dəniz yolu ilə girən və ya çıxan bütün sərnişinlər nəzarətdən keçəcək. Nəzarət klassik tətbiq olan pasport, şəxsiyyət sənədi və ya səyahət sənədlərinin yoxlanılmasından başqa, Şengen Məlumat Sistemi, oğurlanan və ya itirilən pasportlar kimi məlumatların istifadə edilməsi şəklində reallaşdırılacaq.

Eyni zamanda, sərhədlərdə həddindən artıq sıxlıq və gecikmələr yaranacağı hallarda, “şübhəli” şəxslər təyin edilərək ayrıca yoxlanacaq. Bu vəziyyətdə yenə klassik şəxsiyyət-pasport nəzarəti tətbiq ediləcək.

Bir ay içində tətbiq olunması gözlənilən yeni qaydalar, hava limanlarında lazımlı tədbirlərin alınması və nəzarət nöqtələrinin yenidən təşkil edilməsi mərhələləri keçildikdən sonra, 6 aylıq dövrdən sonra tam qüvvəyə minəcək.

Şengen zonasına daxil olan sərnişın   yoxlama məntəqəsindən polisin qərarı ilə qeyri səbəbsiz  geri deport oluna bilər.

AB sərhədlərinin daha yaxşı qorunması, xüsusilə, Suriya və İraqa döyüşməyə gedib, geri dönən AB vətəndaşları olan terroristlərin tutulması məqsədi daşıyan layihə 469 “bəli”, 120 “xeyr” səsi və 42 üzvün bitərəf qalması ilə qəbul edilib.

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”

“People ask me what I do in the winter when there’s no baseball. I’ll tell you what I do. I stare out the window and wait for spring.”

~ Rogers Hornsby

Designed with WordPress