Bu gün səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib.
1496902692-9573
Bu barədə mağazadan məlumat verilib. Mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq  supermarket əməkdaşlarına ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb.
Qarşıdurma zamanı Binəqədi rayon Polis İdarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirilib.
Baş vermiş hadisə ilə bağlı “Safastore” MMC-nin rəhbərliyi tərəfindən  Daxili işlər naziri və Baş Prokurora müraciət ünvanlayacaq.
Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”