ABŞ Senatının iki gün əvvəl iyunun 15-də Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə layihəni təsdiqləməsi Kremlə yaxın rusiyalı oliqarxların bir günə cəmi 3 milyard dollar itirməsinə səbəb olub.

225460_src

“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov sanksiyaların sərtləşdirilcəyi barədə xəbərdən bir günə 318 milyon dollar itirib. O, bu məsələdən ən çox ziyan çəkən oliqarxdır.

 

Senatda səsvermədən keçən layihə hələ qüvvəyə minməyib və Konqresin ümumi səsverməsindən keçməlidir. Buna baxmayaraq Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləəyinə dair xəbər birjalarda Kremlə yaxın oliqarxların şirkətlərinin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. Nəticədə onlar “kasıblayıblar”.

Yeni sanksiyalar paketinə əsasən, ABŞ-ın Maliyyə Nazirliyi, Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamenti Rusiyanın aparıcı oliqarxlarının və siyasi fiqurlarının barəsində müntəzəm hesabatlar hazırlamalı, onların cari maliyyə vəziyyətini qiymətləndirib real gəlir mənbələrini, prezident Putinlə əlaqələrini qiymətləndirməlidir. Əgər həmin oliqarxların gəlir mənbələri ilə bağlı hər hansı şübhələr meydana çıxsa onlar avtomatik olaraq ABŞ-ın sanksiyalarının təsiri altına düşəcəklər.

“Forbes” qeyd edir ki, oliqarxlar  Vladimir Lisin və Leonid Mixelson hərəyə 200 milyon dollardan çox itiriblər. Dağıstanlı milyarder Süleyman Kərimov  da təxminən bu qədər ziyana düşüb. Çünki  səhmləri Nyu York Fond Birjasında alınıb-satılan Rusiya şirkətlərinin hamısının səhmləri dəyər itirib.

 

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”