Azərbaycanın xarici borcları durmadan artır. Hazırda Respublikamızın xarici dövlətlərə və maliyyə istitutlarına borcu 12 mlrd. 241 mln. manat təşkil edir.

 

İllər üzrə Azərbaycanın xarici borclarının qrafik üzrə dəyişməsinə nəzər salaq:

Qeyd edək ki, xarici borc qrafiki illər üzrə 1 yanvar göstəricilərinə uyğun tərtib edilmiş və manat valyutası ilə göstərilmişdir

Qrafikdən də gördüyünüz kimi 2015-ci il yanvarın 1-i tarixinə qədər dövlət borcu tədricən artır, lakin 2015-ci ildən 2016-cı il arasında borclarda kəskin artım müşahidə olunur. Əslində həmin dövrdə manat valyutasında ifadə olunmuş xarici borcların kəskin artımının əsas səbəbi 2015-ci ildə ardarda həyata keçirilən devalvasiyalar olmuşdur ki, bu da manatı dollara qarşı dəyərdən salmış və manat ifadəsində xarici borcu kəskin artırmışdır. Lakin bu, dollar valyutasında xarici borcun artımını istisna etmir.

Qeyd edək ki, 2017-ci il yanvarın 1-ə olan göstəricilərə əsasən Azərbaycanda adambaşına düşən xarici dövlət borcu 704,7 ABŞ dollarıdır.

Xarici borcun Ümumi Daxili Məhsula nisbətində də artım müşahidə olunur. Bu nisbət 2017-ci ildə 2012-ci ilə nəzərən 8,6%-dən 20,4%-ə qədər qalxmışdır. Bu isə xarici borcun  ÜDM-nin 1/5-i qədər olduğunu göstərir.

Azərbaycan üçün bu nisbətin təhlükəli həddi 30-40% qəbul olunur.

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”