Bu gündən etibarən “TURAN” Agentliyi fəaliyyətini qeyri-müəyyən zamana qədər dayandırdı. Bu barədə Agentliyin kollektivi Bəyanat yayıb.

“TURAN” Agentliyinin bəyanatı

Turan agentliyinin direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.

Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir.

Yaranmış vəziyyəti nəzərə alaraq, Turan-ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq.

Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək.

Belə çətin anlarda Mehman Əliyevə və bizə dəstək olan hər kəsə təşəkkür edirik.

Turan-ın kollektivi

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”