Rusiya hakimiyyətinin prezident Vladimir Putin-ə sui-qəsd cəhdində təqsirləndirdiyi çeçen qızı Amina Okuyeva Kiyevdə güllələnərək  öldürülüb.

22851996_639157479805304_2757841939303330848_n

Adam Osmayev deyir ki, həyat yoldaşı Amina Okuyeva ilə birlikdə oktyabrın 30-da Ukrayna paytaxtının kənarında avtomobildə gedirmişlər, bir maşın onların arxasınca düşüb.

Maşına atəş açılıb və güllə Okuyeva-nın başından dəyib,

Hücumda yaralanmış Osmayev bildirib ki, məqsəd onların ikisini də öldürmək olub. O,  hücumun arxasında Rusiyanı ittiham edib.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Herashchenko daha öncə bildirmişdi ki, çeçenlərin olduğu maşın dəmiryol xəttini keçəndə gülləboran edilib, Amina Okuyeva ölüb, həyat yoldaşı yaralanıb.

Hromadske televiziyası Ukrayna polisin hücumu təsdiqlədiyini bildirib.

Daxili İşlər Nazirliyinin sözçüsü Yaroslav Trakalo Rusiyanın Interfax-Ukraine xəbər agentliyinə bildirib ki, təhqiqatçılar terror deyil, “planlaşdırılmış qətl” maddəsi üzrə cinayət işi açacaqlar.

Amina Osmayev iyunda Kiyevdə sui-qəsd cəhdindən yayına bilmişdi, o, avtomobilinin içində yaralanmışdı. Həyat yoldaşı cavab atəşi açaraq  cinayətkar killeri yaralamışdı.

Quote of the week

In the document, Elshad Abdullayev invested in the “Fund to Support the President of the Russian Federation Mr. Putin”
“A document confirming the financial donation to Putin’s fund by Elshad Abdullayev, an internationally wanted criminal, fraudster, and murderer hiding in France, who was sentenced to 15 years in prison.”