12 il bundan əvvəl ADP sədri Rəsul Quliyevin Azərbaycana uğursuz dönüşündən iki gün sonra ciddi hadisələr başladı.
Oktyabrın 19-da bir qrup hökumət üzvü və yüksək vəzifəli məmur hakimiyyətin zorla ələ keçirilməsinə cəhddə ittiham olunaraq həbs edildi. İqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, “Azpetrol” şirkətlər qrupunun prezidenti Rafiq Əliyev, hakim partiyanın yaradıcılarından biri, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının təsərrüfat işləri müdiri Akif Muradverdiyev, “Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov, sabiq maliyyə naziri Fikrət Yusifov, Milli Elmlər Akademiyasının prezidenti Eldar Salayev «cinayətkar şəbəkə»nin nümayəndələri kimi həbs olundular.
Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ictimaiyyətə açıqladıqları birgə məlumatda həbs olunanların dövlət çevrilişinə cəhd, dövlət əmlakını talamaları, səlahiyyətlərindən sui-istifadə etmələri qeyd olunurdu. Həmçinin bildirilirdi ki, həmin şəxslər hakimiyyətin zorla ələ keçirilməsi üçün guya Rəsul Quliyevlə cinayət əlaqəsinə giriblər.
«Dövlət çevrilişi»ndə ittiham olunaraq neçə-neçə insan həbs edildi, vəzifəsindən kənarlaşdırıldı.Hətta «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin qardaşı, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin rəis müavini İlqar Rəhimzadə polis qüvvələrinin dislokasiyası barədə məlumatları ADP sədrinin rəssam tanışı Sabir Baxşəliyev verməkdə ittiham olunaraq cəzalandırılıb . Bunları yazmaqda baş redaktor olaraq mən səxsən bilmək istərdim bu gün biz Mətbuat Şurası tərəfindən bloklanan sayt rəhbərləri ,Xalqımızın əzilmiş hüquqlarını işıqlandırdıgımız üçünmü?,socarın rəhbərliyinin rüşvət ,korrupsiya hallarını yayınladıgımız üçünmü və yaxud prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyimiz üçünmü , hər zaman dövlətçiliyə xəyanət sərgiləyən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasında yaradılmış komissiyaların başında oturaraq Əflatun Amaşovla birlikdə bizi (nia.az saytını) qara siyahıya salıb?Hər zaman Hakimiyyətə qarşı radikal mövqeydə dayanan Vuqar Rəhimzadələrin bu gün bəzi rüşvətxor məmurların sifarişlərini icra edərək, Prezidentin siyasətini dəstəkləyən saytlara qara yaxmaları və jurnalistləri şantaj etmələri cavabsız qalmamalıdır.
Dövlətə və ölkə başçısına xəyanət edənlərin bu gün Mətbuat Şurasında bir qrup yaradaraq sayt rəhbərlərini ləkələməyə cəhd etmələri diqqətdən yayınmamalıdır. Korrupsiyalaşmış bir qurumun başında duranlar cəmiyyətdə nifrət qazanıblar və onlar kirli pullarla dövlətin maraqlarına qarşı planlarını davam etdirirlər.
Mən sayt rəhbərlərindən, hüquqşünaslardan, tanınmış simalardan Mətbuat Şurasının qanunsuz fəaliyyətini ifşa etmək üçün dəstək istəyirəm.Qoy hamı bilsin ki, böyük var dövlət sahibi olan Mətbuat Şurasının saxtakar, mətbuatdan bixəbər üzvləri şuranı necə korrupsiyalaşmış quruma çeviriblər.
NİA.AZ saytının baş redaktoru
Reblogged this on azeryar.
LikeLike