MƏTBUATIN ÇİRKİN UŞAQLARI VƏ NATƏMİZ ADAMLARIN KİRLİ OYUNLARI !!!


411172383

Bu gün Fb-də Əflatun Amaşova məxsus olduğu iddia olunan villann şəkilləri çıxdı rastıma. Geçəkdən də bu villa Mətbuat Şurasının (MŞ) sədri və “posovmestotelstvu” Millət Vəkili təyin edilmiş Əflatun Amaşova aiddirmi, ya deyil, bilmirəm, amma bu məlumatı yayan İkram Rəhimov məhz bu cür iddia edir və bundan sonra, digər MŞ üzvlərinin də yaşadıqları milyonluq villaların şəkillərini paylaşacağını vəd eliyir. Onun bunu niyə və hansı məqsədlə etdiyi məni heç ilgiləndirməz və İkram Rəhimovun bu Fb  statusunun linkini  “p.s” kimi burdan verəcəm, özünüüz baxarsınız. Mənimsə  bu məsələnin üzərində dayanmağımın tamam başqa səbəbi, hətta səbəbləri var…

Əflatun-villa-004-1-768x432
Aflatun Amaşovun miliyonluq villalari

Yaddaşı zəif olmayan oxucularımız yəqin xatırlayırlar ki, bir müddət öncə, MŞ-nin digər üzvü Azər Həsrətə “Açıq Məktub”la müraciət edərək, mənim özümün niyə və necə “reket jurnalist” elan olunduğum, qəzetimin isə hansı səbəbdən (kimin sifarişi ilə desəm daha doğru olardı, amma … – S.Ə.)  “Qara Siyahı”ya salnması haqda MŞ-də məsələ qaldırsın. Təbii ki, bunun baş verməyəcəyini əvvəlcədən də bilirdim, ancaq Azər Həsrətin həmin vaxtlarda Əvəz Zeynallnn “Qaynar Qazan”ında çox iddialı danışmasının, sadəcə o anlarda situasiyadan sıyırmaq üçün səsləndirmək zorunda qaldığı gəlişi gözəl sözlərdən savayı heç bir anlam daşımadığına həm özüm əmin olmaq istəyirdim, həm də cəmiyyəti xəbərdar etmək məqsədim varıydı. Əslində nəticə elə mənim dediyim və gözlədiyim kimi oldu. Azər Həsrətlə həmin yazışmalarımız nəticəsiz başa çatdı. Daha doğrusu, Azər bəy, bir az üslublu və bir az da diplomatik dillə başa salmağa çalışdı ki, belə baryerlər onun aşa biləcəyi səviyyədən çox yuxarıdadır. Və mən də məsələni orda bitirərək, cəmiyyət üçün bir şeylər aydınlaşsın deyə, guya bunların reketçilik izləri bulduqları məqaləmi yenidən dərc etməklə bu işə son qoydum…

Ancaq tale elə gətirdi ki, lap bu günlərdə yenə də Azər Həsrətin barəsində, əslində isə, onun dili ilə gündəmə gətirilən, müstəqil media ilə bağlı hazırlanan çirkin planlar və bu yöndə oynanan çirkli oyunlar haqda bir yazı da yazmalı oldum. Görünür bundan, ya çox qəzəblənmiş, ya da vaxtndan əvvəl açıq verərək, gizli planları açığa çıxardığı nədənindən möhkəm danlanmış olmalıydı ki, Azər Həsrət elə səhəri gün, var olan bütün hirsi və hikkəsi ilə,  kartların tamamını  açıq şəkildə ortalığa qoyan yeni bir yazı ilə çıxış elədi. Amma indiki məqsədim bu haqda danışmaq da deyil…

23843263_578946672441894_8593825560756259239_n
Mətbuat Şurasının sədri Əflatun Amaşovun miyonluq villası

Əvvəldə Əflatun Amaşovun milyonluq villasının şəkillərinin yayılmasından danışımışdım. Həmin şəkilləri və sözügedən statusu oxuyanda Azər Həsrətin bəhs etdiyim o yazısını, daha doğrusu, onun yazıda,  öz(lərinin) təbirincə desək, “reket jurnalistlər”ə qarşı gətirdiyi bəzi arqumentləri, irad və ittihamları xatırladm. Baxın həmin yazıda Azər Həsrət nə deyir:

“Əslində, belə reketliklə məşğul olanların ifşa olunması çox asandır. Yəni, bilirsiniz ki, bir qayda olaraq bu reket dediyimiz jurnalistlərin var-dövləti başlarından aşır. Mindiyi avtomobillər baha olur, oturduqları ofislərin dəyəri də yüksək olur. Ümumiyyətlə, bu cür şəxslərin bir qayda olaraq villaları da olur. Yəni bütün bunların özü də şübhə doğurur. Mənim kimi stajlı jurnalistin bu adda heç nəyi olmadığı halda, jurnalistikadan xəbəri olmayan adamların hər şeyi olur. Ona görə də daha bir təklifimiz budur ki, dövlət onların mal varlığı, əmlakları ilə bağlı da araşdırma aparsın. Bu varidatın hansı yollarla əldə edilməsi aşkarlansın. Onda bəlli olacaq ki, həmin şəxslər mülkləri kimlərisə şantaj yolu ilə, qaralama kampaniyası aparmaq və təhdid etməklə əldə ediblər. Bunlar da onların daha bir cinayətinin sübut olunması üçün fakt olacaq. Düşünürəm ki, hüquq-mühafizə orqanlarının bu tip adamlarla bağlı görəcəyi işlər çoxdur və biz də ictimaiyyət olaraq atılacaq hər addımın arxasında duracayıq”.

——————————————————————————————————————–

Haşiyə

Mətbuat Şurasnda oturub filankəslərin niyə bahalı maşınlar var deyə bar-bar bağıran “lotular”ın özləri  görün hansı avtomobillərdə gəzirlər:

Azər Həsrət, bu avtomobillərin qiymətləri 80 minlə 330 min arasındadr, bir zəhmət, mücərrəd adlar və uydurma “reket”lərlə cəmiyyəti çaşdırmadan, hər gün gördüyün bu adamlara bir sor hələ, hardan və nəynən əmələ gəlib bu maşınlar???!!! Əgər həqiqəti öyrənə bilsən, ki, sənin jurnalist peşəkarlığın və təcrübən bunun üçün yetərlidi, onda özün anlıyacaqsan ki, sənin niyə belə maşının yoxdu.  Böyründə bu qədər məsələlərin mahiyyətinə vaqif olan adamlar varkən , bizdən niyə soruşursan ki, sənin niyə yoxdu ???!!!

—————————————————————————————————————–

Kimsə düşünməsin ki, mən burda natəmiz əlləri, qanunsuz  və çirkin fəaliyyətləri ilə Azərbaycan mediasını biabır edən “media mənsublar”ını müdafiə edir, onlara haqq qazandırmağa çalışıram. Əsla və əsla. Amma və lakin, hətta o cür “media mənsubları”ndan belə, təmiz əl və saf vicdan tələb edənlərin özlərində də, bu nəsnələrin, heç deyilsə, əlamətləri olmalıdır axı. Kimlərinsə bahalı maşınlarının, milyonluq villalarının hesabını soran Azər Həsrət, az qala hər gün görüşdüyü, birgə tədbirlərə qatıldığı, evlərində qonaq olub, ailə məclislərində iştirak etdiyi MŞ həmkarlarının mindikləri çox  bahalı maşınların, yaşadıqları dəbdəbəli evlərin, milyonluq villaların hardan peyda olması haqda, hesab sormaq bir yana, heç olmasa düşünübmü?! Oysa, Azər bəyin bu biriləri sorğulama cəhdinin mənası, ən yaxşı halda, qərəz və olduğu məqamdan sui-istifadə  kimi görsənir. Hələ, Allah eləməmiş, burdan sifariş yerinə yetirmək qoxusu da gəlir ki, məsələnin bu boyutunu ona heç yaraşdıra bilmirəm deyə, işin bu tərəfini mümkün versiyalar siyahısından çıxardım, nə də olsa, aramızda uzun illərin haqqı-sayı var  deyə. Amma bu sorunun tək bir cavabı var və o da təxminən belə səslənir:

“Azər bəy, bunlar o bahalı maşnları və milyonluq villaları hardan alıblar, necə əldə ediblər, hansı yolla ələ keçiriblərsə, “reket” adlandırdıqlarınız da elə ordan alıblar, elə o cür əldə ediblər və elə o yolla da ələ keçiriblər. Necə deyərlər güclü dayıların və arxalarında duran patronların hesabına və burda bütün prosedurlar eynidir, təkcə “dayılar”ın və “patronlar”ın adları, o da bəlkə,  fərqli ola bilər.”

Yəni,  bunu MŞ-nin “killerlər”i edəndə   qanuni, başqaları edəndə qanunsuzmu olur?! …

O ki qaldı, bu qədər peşəkar(???!!! – Bir insanın kədisu haqda bu cür yüksək fikirdə olması təkəbbür əlamətidi məncə – S.Ə.) və stajlı jurnalist olaraq, Sənin niyə bu maşınlardan, o villalardan yoxundur, qüsura baxma, ya öz əfəlliyindən olmalıdır, ya da … Bax bu “ya da”sını yenə də dilimə gətirmək istəmirəm. Dediyim kimi, çoxlarından fərqli olaraq, mən illərin haqqı-sayına beləcə kolaylıkla arxa çevirməyi heç bacarmadım. Bəlkə bu da mənim əfəlliyimin göstəricisidi, bilmirəm, amma bu yaşdan sonra xarakterlər dəyişməz, əziz dostum, dəyişərsə, onda mən də mən olmaram axı.

Bircə cümlə də deyim, Azər Həsrətə xatırlatma olsun.  “… jurnalistikadan xəbəri olmayan” ifadəsini yaman çox işlədirsən. Azərbaycanda bu sərhədlər nə vaxt gözlənib ki, zatən bu gün jurnalistikaya nə bircə sözü, nə də bircə cümləsi ilə tövhə verə bilmiş birini, faktiki olaraq mətbuatın naziri statusuna gətiriblər, başqalarına irad tutmaqdansa, buna etiraz eləmək gücün olsaydı kaş. Amma bir zamanlar bacarırdın bunu. Mətbuatın I Qurultayında, iclası apara biməyən, danışdıqca kəkələyən, kəkələdikcə zaldakıların gülüş hədəfinə çevrilən Əflatun Amaşovun sözünü kəsib:

“Sən iclası apara bilmirsən, icazə ver bu işi mən görüm, bura mətbuatın tədbiridir, söz adamlarının yanında sözü bu qədər hörmətdən salmaq olmaz”

– deyən Azər Həsrət, indi o adamın patronajlığında özünü necə hiss edir görən, Əflatunmu danışmağı öyrənib, Azərmi bu sözə və söz adamlarına hörmətsizliyə vərdiş edib?!

————————————————————————————————

P.S. 

 Fb-NİN GÜNDƏMİNDƏN

Bu gün Azərbaycan mətbuatı ağır günlərini yaşayır. Mətbuat Şurasının bəzi üzdəniraq başbilənləri mediamızın inkşafına əngəllər törətməkdə və azad mətbuatı susdurmaq cəhdlərini davam edirlər. Realliq.info və onun baş redaktoru olaraq mənimlə bütün vasitələrdən istifadə edərək savaşa başlayan Şuranın idarə heyyətinin üzvləri artıq məğlub olduqlarını etiraf edə bilmirlər. Onlar şantaj yolu ilə fəaliyyətimə ləkə yaxmağa cəhd etsələrdə öz xəyanət dolu keçmişlərinin ifşası ilə üzlə…  Еще
Фото Ikram Rahimov.Фото Ikram Rahimov.Фото Ikram Rahimov.

One comment

Comments are closed.