Hadisə axşam saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.
İlkin məlumatlara görə, o, Rusiya vətəndaşıdır. Həmin şəxs ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçdığı üçün axtarışa verilib.
Həmçinin bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
Bu barədə Euro Asia Newsun əməkdaşı Gəncə şəhər Polis İdarəsindən məlumat alıb
21:43 Azərbaycan vaxtı
Gündəmi 180 dərəcə dəyişən gəncəli.
Gəncənin icra başçısı Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub.
Əldə etdiyimiz məlumata görə, həmin şəxs artıq həbs edilib.
İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.
21:27
Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb
You must be logged in to post a comment.