Avroparlament Avropa Birliyinə Azərbaycanla saziş qadağası qoydu


İyulun 4-də Avropa Parlamenti Avropa İttifaqı ilə Azərbaycanın yeni sazişi üçün şərtlər siyahısını qəbul edib. Məlumatda qeyd olunur ki, şərtlərə görə gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, çirkli pulların yuyulması və vergidən yayınmaya qarşı mübarizəni nəzərdə tutmalıdır.

evroparlamenti-1528972590-1024x684

“Avropa İttifaqının əsas dəyərlərinə və hüquqlara hörmətin təmin edilməsi Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsi şərtlərindən biridir” Avropa Parlamentinin deputatları bildiriblər.

Avropa İttifaqı və Azərbaycan arasında hərtərəfli saziş üzrə danışıqların iştirakçıları üçün parlamentin tövsiyəsi 564 səs “lehinə”, 69 “əleyhinə” olmaqla qəbul edilib, 47 nəfər bitərəf qalıb.

Avropa Komissiyasının və Aİ xarici siyasət idarəsinin rəhbərini çağırışda deyilir:

“Aİ və Azərbaycan arasında münasibətlərin demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, insan hüquqları və əsas azadlıqlara əməl olunması ilə şərtləndirilməsi təmin edilsin;

Azərbaycan hakimiyyəti yadda saxlamalıdır ki, əgər Aİ əsas dəyərlərinə və hüquqlarına əməl etməsə, heç bir hərtərəfli saziş ratifikasiya edilməyəcək”. Bundan başqa, danışıqlar başa çatana qədər Azərbaycanın öz siyasi və vicdan məhbuslarını azad etməsinin vacibliyi, məhkəmə sistemində islahatlara, iqtisadi  cinayətlərə, korrupsiya, pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizəyə dair konkret tədbirlər görülməsinə çağırış edilib.

Sənəddə bildirilir ki, Avropa parlamentinin deputatları ümid edirlər ki, əgər əsas şərtlər yerinə yetirilərsə, 2019-cu ildə Aİ-Şərq Tərəfdaşlığı sammitinə qədər Azərbaycanla yeni saziş imzalana bilər.

Onlar həmçinin təkidlə Aİ-ni Avropa Parlamenti öz razılığını verməyincə yeni sazişin ilkin qaydada qüvvəyə minməməsini təmin etməyə çağırıblar.