
Dünən Səudiyyə Ərəbistanının OPEC-in noyabrın 28-nə təyin edilmiş görüşündə iştirakdan imtina etməsi ilə bağlı yayılan xəbərlərdən sonra dünya birjalarında xam petrolun qiyməti sürətlə aşağı düşüb.
1 barel xam petrolun qiyməti bazar ertəsinə kimi 47,09 dollar səviyyəsində qalacaq.
Cümə günü, noyabrın 25-də birjalarda alqı-satqı əməliyyatları başlayan zaman qeydə alınmış göstəriciyə nisbətən hazırda neftin qiyməti 1,91 dollar, yaxud 3,90% aşağıdır.



You must be logged in to post a comment.