Cəlilabad Rayon İcra Hakimiyyətinin binası qarşısında yaranmış instidetdə görə həbs olunanlar var.

İcra Hakimiyyətinin önündə onlara zorakılıq edilib. Buna baxmayaraq  Füzuli Əliyeva və  Rüstəm Əliyev dünən məhkəmə qarşısına çıxarılaraq hər biri barəsində 7 sutka inzibati həbs cəzası verilib.

Hadisə zamanı özünə xəsarət yetirmiş Tərlan Əliyev isə hazırda Cəlilabad Mərkəzi rayon xəstəxanasında müalicə olunur. Allahverdi Əliyevin bildirdiyinə görə, Tərlan hazırda polis nəzarətində saxlanılır.

Xatırladdaq ki, fevralın 17-də Cəlilabad Rayonu İcra Hakimiyyətinin inzibati binası önündə  Alar kənd sakini Tərlan Əliyev özünə bıçaqla xəsarət yetirmişdi. Onun əmisi Füzuli Əliyev və qardaşı Rüstəm Əliyev isə özlərini yandırmağa cəhd etmişdilər.img_0279