Fransa paytaxtı Parisin ətrafında yerləşən Levallua-Perre kommunasında “Sentinelle” əməliyyatında iştirak edən hərbçilərə hücum edilib.

“Report” Fransa KİV-inə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər avtomobili hərbçilərin üzərində sürüblər.
Yerli polis 6 hərbçinin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.
Hazırda polis hücumda istifadə edilən avtomobili axtarır.


You must be logged in to post a comment.