Martın 17-də Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı Azərbaycan hökumətini cərimələyib.

Bu barədə Cebhe.info-ya vəkil Əsabəli Mustafayev məlumat verib.

O bildirib ki, məhkəmə Azərbaycan hökumətini 32 min 448 avro cərimələyib: “Bu qərar Rəsul Cəfərov haqqında hökmlə deyil, onun məhkəməyə qədər həbsdə saxlanılması ilə bağlıdır. Qərarın ən mühüm məqamlarından biri odur ki, məhkəmə vəkil olmayan nümayəndələrin də təmsil etdikləri şəxslə istintaq təcridxanasında görüşmək hüququnu tanıyıb”.

Qeyd edək ki, İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunsa da, sonradan ona qarşı mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də əlavə ittihamlar elan olunub.

Apellyasiya məhkəməsində onun barəsində vergidən yayınma maddəsinə xitam verilib.

İyulun 31-də apellyasiya şikayətinin yekun baxış iclasında Cəfərovun həbs müddəti 6 il 6 aydan 6 il 3 aya endirilib.

Yeganə Oqtayqızı
Cebhe.info

– See more at: http://www.cebhe.info/oxu/15917/#sthash.9P8wuB8S.dpuf