Mötəbər mənbədən aldıgımız məlumata görə R-Turan MMC Atbulaq Haciqabul kərpic zavodunun Azərbaycanın Daxili İşlər Naziri Ramil Usubova məxsus olduğu bildirilir
Hətta bundan ölkə prezidentinin də məlumatı olduğu qeyd olunur
Mənbənin bildirdiyinə görə vaxtı ilə R-Turan MMC kərpic zavodun açılışında Prezident Ilham Əliyev şəxsən özü iştirak edib
Hacıqabul rayon Atbulaq kəndində yerləşən (Bakı Qazax yolunun 72km) “R-Turan” MMC- Kərpic zavodu – müxtəlif ölçülərdə kərpic istehsal etməklə Respublikanın iri istehsal müəssisələrindən hesab edilir. Ən son istehsal avadanlıqları ilə təchiz edilmiş müəssisənin illik istehsal gücü 50 mln kərpic illik gəliri isə 25 mln manatdır.
Qanunvericilikdə isə DİN-nin hər hansı biznes sahəsi ilə məşğul olması qanunla qadağandır
R-Turan MMC kərpic zavodu rəsmi sənədlərdə Ramil Usubovun adına olmasada amma İcracı direktoru Ramil Usubovun əskərlik dostudur.
Onun oğlu Vüqar isə Respublika DYP ıdarəsinin Nəvai kəndində yerləşən Stasionar Yol Polis Postunun rəisidir
Saytımız yaxın günlərdə Daxili İşlər Naziri Ramil Usubova məxsus Ölkə daxilində və xaricində fəaliyyət göstərən bütün biznes şəbəkələrini (restoran ,hotel ,zavodlar ) ölkə ictimaiyyətinin diqqətinə çatdıracaqdır
EAN


You must be logged in to post a comment.