İşində verdiyi nöqsanlara görə tutdugu vəzifədən xaric edilən DYP Rəşad Nağıyev bir neçə gündür yeni işində çalışır.

Bakıda sürücüləri şərləyərək avtoxuliqan kimi tutmaqla məşhurlaşan və «Beko Rəşad» kimi tanınan yol polisi əməkdaşının işdən azad olunması barədə məlumat vermişdik.
Bir neçə gün öncə Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində komandir vəzifəsindən azad edilən Rəşad Nağıyev artıq yeni vəzifəyə təyin edilib. Amma bu dəfə yol-patrul xidmətinə yox, post-patrul xidmətinə təyinat alıb.
Rəşada yaxınlıgı ilə bilinən və adının açıqlanmasını istəməyən şəxs bu işdə Rəşadın Daxili İşlər Nazirliyinin Kardlar idarəsınə 40000 azn rüşvət verdiyini iddia edir .
Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Rəşad Nağıyev bundan sonra Xəzər rayon Polis İdarəsinin post-patrul xidmətində işləyəcək


You must be logged in to post a comment.