Panamada vergi cinayətləri bütün dünyanı şok etdi. Vergi cənnəti Panamada sızan milyonlarla sənəd bütün dünyanı şok etdi. Beynəlxalq ictimaiyyət ən böyük dördüncü offshore hüquq firması Mossack Fonsecadan sızan 11,5 milyon sənədə kilidləndi.
Beynəlxalq Araşdırmaçı Jurnalistlər konsorsiumunun (ICIJ) bir illik araşdırmasının ardından xidmət etdiyi sənədlərdə ilk olaraq 12 dünya lideri və 140 politikacıya aid offshore hesabları təsbit edildi. Konsorsium, tam siyahının May ayının başında açıqlanacağını bildirib.
Offshore hesablar üzərindən vergi qaçırdığı iddia edilənlər arasında isə bütün dünya tərəfindən tanınan adlar var.
Məsələn Vladimir Putinin ən yaxın dostlarına aid Panama’daki offshore hesablara 2 milyard dollar köçürüldüyü təsbit edildi.
İfşa olan hesablardan bəziləri Ukrayna prezidenti Petro Poroşenko, Çin Dövlət Başçısı Xi Jinping, Argentina Dövlət Başçısı Mauricio Macriye aiddir.
Dünyanın ən böyük vergi kaçakçılığında rol oynayan liderlər arasında İslandiya Baş naziri Sigmundur David Gunnlangsson’un da adı keçir. Siyasətçinin istifanın astanasında olduğu da gələn xəbərlər arasında.
Barcelonada forma geyən Argentinalı futbolçu Lionel Messi və vəzifəsindən men edilən UEFA Başçısı Michel Platini də hesabları ifşa olan digər məşhur adlar.








You must be logged in to post a comment.