rusya-turkmenƏsəd rejimi və Rusiya ən son texnologiyaya sahib silahlarla türkmanları məhv etməyə çalışır.

Bu sözləri “Bayırbucaq” xəbər agentliyinin koordinatoru Sadettin Molla deyib.

 

“Hər qarışına bomba yağdırılan Türkman dağında yerin altındakı qarışqalar belə rahat yaşaya bilmir. Əsəd rejimi türkman xalqına qarşı bütün müasir texnoloji silahlardan istifadə etdi. Buna baxmayaraq, xalqın müqavimətini qıra bilmədilər. Məğlubiyyətə yaxın olan Əsədi bir anda Hizbullah xilas etdi. Daha sonra bölgədə çirkin əməllərini həyata keçirməyə çalışan İran oyuna daxil oldu. İŞİD Əsədə dolayısıyla yardımçı olmağa başladı. Lakin yenə də bizim müqavimətimizi qıra bilmədilər.

ABŞ və bəzi Qərb ölkələri Suriyadakı mənafelərini güdərək İŞİD bəhanəsi ilə PYD-ni Kobani teatrı ilə ortaya çıxardı. Beləliklə Suriyanın bölünməsi gündəmə gəldi”, – Molla vurğulayıb.

 

Sadettin Molla onu da qeyd edib ki, Suriyada müharibəyə qoşulan Rusiya ilk gündən Bayırbucaq türkmanlarını hədəf aldı və terrorçulara daha geniş şərait yaratdı.