Mayın 15-də ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən yaxalanan Suheyla Kargər hələ də Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Azərbaycanlı fəalın həbsxanada saxlanması davam etdiyi halda, fars opozisyon təşkilatları və hətta fars insan haqları qurumlarına bağlı kütləvi informasiya vasitələri hələ də susqunluğunu pozmur. Bu isə həmin opozisyon qrupların Azərbaycan türklərinə qarşı hansı mövqedə olduqlarını bir daha göz önünə gətirir.
Azərbaycan mətbuatı və İnsan Haqları Qurumları isə fars opozisyon qruplarından fərqli olaraq xanım S.Kargərin barəsində davamlı olaraq məlumat yayır. Ərk İnsan Haqları Cəmiyyəti xanım S.Kargərin yaxalanması xəbərini Birləşmiş Millətlər Təşkilatı (BMT) və cənab Əhməd Şəhidə xüsusi olaraq çatdırıb və onun barəsində geniş raport hazırlamağa çalışır.
Xəbər verdiyimiz kimi, xanım S.Kargər Güney Azərbaycanın Qəzvin şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən saxlanılıb.
Mayın 15-də yaxalanan Suheyla Kargərin Evin zindanına aparıldığı bildirilir.
Etibarlı mənbədən GünAz TV mətbuat mərkəzinə verilən məlumata görə, özlərini elektrik sayğacını yoxlayan şəxs kimi təqdim edən ETTELAAT əməkdaşları evə daxil olduqdan sonra fəalı yaxalayıb və onu döyərək əllərinə qandal vurublar.
Qanunsuz olaraq evə girən ETTELAAT əməkdaşları evdə axtarış aparıb və xanım S.Kargərə aid bir çox şəxsi əşya o cümlədən kompüter, mobil telefonu, flash kart, CD və bir neçə kitabı özləri ilə aparıblar.
Xatırladaq ki, kompüter mühəndisi olan S.Kargər son seçkilərdə İran parlamentinə Qəzvindən öz namzədliyini irəli sürmüşdür. Namzədliyi rejim tərəfindən qanunsuz olaraq qeydə alınmayan fəal, bundan qısa müddət sonra naməlum səbəbdən tutuqlanıb

EAN

la photo de profil de Euro Asia New's-EAN