Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qroznıda Çeçenistan prezidenti Ramzan Kadırovla təkbətək görüş keçirib.

 Diqqət çəkən ən başlıca məqam isə görüş otağında yalnız Rusiya və Çeçenistan bayraqlarının qoyulması olub. Daha dəqiq desək, R.Kadırovun arxasında Çeçenistan, R.Mehdiyevin arxasında isə Rusiya bayrağı qoyulub.

Rəsmi qəbul zamanı Azərbaycan bayrağının nə üçün görüş otağına qoyulamaması və R.Mehdiyevin buna hansı səbəbdən etiraz etməməsi məlum deyil. Hələlik məlum olan yeganə gerçək R.Mehdiyevin Azərbaycanı və prezident İlham Əliyevi Azərbaycan bayrağı olmadan təmsil etməsi həqiqətidir

EAN